AZ

Statistika Komitəsi elan etdi Yanvarda ən çox bahalaşan məhsulların adı bəlli oldu

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ilin yanvar ayında ölkədə qiymət səviyyəsində artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib.Demokrat.az xəbər verir ki, qiymət artımı əsasən qida sektorunda müşahidə olunub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 7,1 faiz artıb. Xidmət sektorunda 5,6 faiz, qeyri-qida mallarında isə 3,5 faiz artım qeydə alınıb. 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2026-cı ilin yanvarında ümumi qiymət səviyyəsində 1,5 faizlik artım olub.Ay ərzində bəzi əsas ərzaq məhsullarında – makaron, süd məhsulları, yumurta, eləcə də xiyar, pomidor, bibər və kartof kimi tərəvəzlərdə qiymət artımı qeydə alınıb. Meyvələr arasında naringi, alma, armud və xurmanın qiymətində yüksəliş müşahidə edilib. Eyni zamanda, düyü, portağal, kələm və yerkökü kimi bəzi məhsullarda qiymət azalması da qeydə alınıb.Qeyri-qida malları arasında sement, laminat və bəzi mebel növlərinin qiymətində artım olub. Yanacaq sektorunda “Aİ-92” markalı benzin və dizelin qiymətində dəyişiklik statistik göstəricilərə təsir göstərib. Xidmət sahəsində elektrik enerjisi, təbii qaz, tibbi xidmətlər və taksi xidmətlərində artım qeydə alınıb. Bununla yanaşı, hava nəqliyyatı və kuryer xidmətlərində müəyyən ucuzlaşma müşahidə olunub.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
2
demokrat.az

3Mənbələr