AZ

Lavrov Ukrayna üzrə kompromis üçün şərtini açıqlayıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Ukrayna məsələsində kompromislərə hazırdır, lakin bu, dövlətin qanuni maraqlarının qorunması şərti ilə mümkündür.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Empatiya Manuççi” layihəsinə müsahibəsində bildirib.

“Biz hər zaman kompromisə, daha dəqiq desək, maraqların balansına hazırıq. Əsas məsələ hər bir dövlətin qanuni maraqlarının nəzərə alınmasıdır”, – deyə diplomat vurğulayıb.

Nazir Ukrayna ilə bağlı mümkün razılaşmaların dövlətin mövcudluğunu və milyonlarla insanın həyatını müəyyən edən “əsas, fundamental prinsiplərə” toxuna bilməyəcəyini qeyd edib. Lavrovun sözlərinə görə, bu, ilk növbədə Ukraynada rus dilinin və kanonik pravoslav kilsəsinin statusu ilə bağlı məsələlərə aiddir. O əlavə edib ki, Rusiya nümayəndə heyəti bu mövzuları Əbu-Dabidə keçirilən danışıqlarda da gündəmə gətirib.

Rusiya XİN rəhbəri həmçinin iddia edib ki, Ukrayna rus dilinin qadağan olunduğu yeganə ölkədir və digər münaqişələrdə tərəflər bir-birinin dilinə qadağa tətbiq etmirlər.

Daha əvvəl Lavrov 2019-cu ildə Parisdə keçirilmiş danışıqlardan sonra Vladimir Zelenskini davranışına görə tənqid etmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr