AZ

Venesuela İsrailə neft satır?

Venesuelanın rabitə naziri Migel Anxel Peres mediada İsrailə xam neft satıldığına dair yayılan iddiaları təkzib edib.

"Cebheinfo.az" xəbər verir ki, Peres Telegram hesabında paylaşım edərək bəzi media qurumlarında İsrailə xam neft satışı ilə bağlı yer alan xəbərlərə etirazını bildirib.

"Bloomberg"-in manşetində yer alan  görüntünü qırmızı rəngdə “fake” (saxta) qeydi ilə paylaşan Peres iddiaları yalan adlandırıb.

Peres qeyd edib ki, sözügedən görüntü 2009-cu ildə İsrailin Bazan Group adlı şirkətinə edilən xam neft satışına aiddir.

"Bloomberg" isə xam neft daşınmasının İsrailin "Bazan Group" şirkətinə həyata keçirildiyini və bunun Venesuelanın 2009-cu ildə diplomatik münasibətləri kəsdiyi İsrailə ilk neft satışı olduğunu iddia edib.

Seçilən
18
cebheinfo.az

1Mənbələr