Cek Qriliş əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, “Everton”un təcrübəli futbolçusu bununla bağlı sosial şəbəkə hesabında məlumat verib.
Bir müddət əvvəl zədə alan Qriliş ayğında olan sınığa görə əməliyyat olunub. 30 yaşlı ingiltərəli vinger mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Bunu komandanın baş məşqçisi Devid Moyes yerli mətbuata açıqlamasında deyib.
“Everton” Ceki mövsümün əvvəlində Mançester Siti”dən icarəyə götürüb. O, mersisaydlıların heyətində keçirdiyi 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta