Türkiyəli tanınmış aktyor Kanbolat Görkem Arslan vəfat edib.
Herbiand.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumatda bildirilib ki, evində vəziyyəti pisləşən aktyor xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxana onun ölüm səbəbi ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, aktyor Kanbolat Görkem Arslan "Çemberimde Gül Oya", "Poyraz Karayel", "Bir Deli Rüzgar" kimi filmlərdə canlandırdığı rolları ilə tanınırdı.