AZ

Toyuq ətinin qiyməti ilə bağlı VACİB AÇIQLAMA

Məlum olduğu kimi, Türkiyədə Ramazan ayından əvvəl istehsalçılar və satıcılar tərəfindən toyuq qiymətlərinin təxminən 15 faiz artırmasından sonra ölkənin Ticarət Nazirliyi toyuq məhsullarının ixracının dayandırılacağını açıqlayıb. 

Bu qadağa Azərbaycanda toyuq ətinin qiymətinə təsir edəcəyinə narahatlığa səbəb olub. Hətta yaxın müddət ərzində toyuq məhsullarının satış qiymətinin artmasının barədə iddialar səslənir.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Ölkəmizdə toyuq ətinin qiyməti bahalaşacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, bu qərar daxili bazarda qiymətləri sabitləşdirmək və istehlakçıların yükünü yüngülləşdirmək məqsədi daşıyır:

391715

"Türkiyə hökuməti bu addımı qiymət artımının qarşısını almaq üçün atdığını bildirib. Çünki ixracın dayanması daxili təchizatı artıraraq bazarı rahatlatmalıdır. Azərbaycanda bu xəbərin bazar qiymətlərinə təsiri ilə bağlı narahatlıqlar səslənir, amma bu təsirin realda məhdud olacağı gözlənilir. 

Ölkəmiz toyuq ətini əsasən Türkiyədən idxal etmir. Faktiki olaraq, hazırda toyuq ətinin Azərbaycana gələn əsas təchizat mənbəyi qardaş ölkə deyil. Bu səbəbdən də Türkiyədə ixracın dayandırılması qərarının birbaşa olaraq Azərbaycanda toyuq qiymətlərinə ciddi təsir etməsi ehtimalı azdır".

Ekspertin sözlərinə görə, Azərbaycanda toyuq ətinin qiymətinə təsir edən əsas faktorlar digər ət növlərinin qiymət artımı və daxili istehsalın təminat səviyyəsidir:

"Yəni bazarda toyuq məhsullarının dəyəri daha çox daxili tələb-təklif balansından və yerli istehsalın səviyyəsindən asılı olur. Türkiyədə ixracın dayandırılması isə Azərbaycan bazarında qiymət artımını birbaşa şərtləndirəcək əsas səbəb hesab edilmir. Ancaq sözügedən tamamilə əsassız da deyil. Çünki bu qərar dünya və regional bazar dinamikasına müəyyən təsir göstərə bilər. Azərbaycanda isə toyuq ətinin qiymətinin kəskin artacağı barədə proqnozlar çox inandırıcı görünmür".

Günel

Seçilən
18
hit.az

1Mənbələr