Türkiyəli məşhur aktyor Kanbolat Görkem Arslan vəfat edib.
Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, ötən gün 45 yaşlı aktyorun vəziyyəti qəfil pisləşib.
Təcili tibbi yardımla xəstəxanaya çatdırılan aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, aktyor "Çemberimde Gül Oya", "Poyraz Karayel", “Yer Gök Aşk”, "Bir Deli Rüzgar" və s. seriallarda rol alıb. Onun sonun layihəsi “Kudüs Fatihi Selahaddin Eyyubi” serialı olub.
Billurə

