AZ

“Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizliyə tarixi töhfədir”

Cəlil Xəlilov: “Bu sənəd, həm də Prezident İlham Əliyevin böyük strateq kimi nəhəng siyasi dühasından xəbər verir”

“Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün tarixi töhfədir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu Xartiya regionda uzunmüddətli sülhü təmin  etməklə yanaşı, inkişaf və tərəqqi üçün də geniş imkanlar açacaq:

“Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası hər şeydən öncə iki dövlət arasındakı münasibətlərin sürətli inkişafından, qarşılıqlı inam və etimaddan, eləcə də tərəflərin əməkdaşlıq arzusundan xəbər verir. Bu Xartiya sübut edir ki, Azərbaycan və ABŞ Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizliyin mövcudluğunda maraqlıdır və onların əməkdaşlıq niyyəti məhz bu amala xidmət edir. Artıq əminliklə demək olar ki, biz yaxın gələcəkdə Azərbaycan və ABŞ-ın bu məsələdə daha sıx əmədkaşlığa şahid olacaq, məlum əməkdaşlıq regionda təhlükəsizliyin daha etibarlı şəkildə təmin olunmasına təkan verəcək.

Strateji Tərəfdaşlıq Xartiyası həm də Prezident İlham Əliyevin böyük strateq kimi nəhəng siyasi dühasından xəbər verir. Bu cür mühüm və tarixi sənədin ərsəyə gəlməsi sübut edir ki, Müzəffər Ali Baş Komandan Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafında maraqlıdır və bu məqsədə çatmaq üçün böyük güc mərkəzləri ilə uğurla əməkdaşlıq edir. Bu səbəbdən də biz Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyasını həm də Prezidentimizin, dövlətimizin siyasi-diplomatik uğuru kimi dəyərləndirməli, bunun müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda necə böyük önəm kəsb etdiyini anlamalıyıq.

Şübhəsiz ki, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də, Prezidentimizin sülh siyasəti Cənubi Qafqazın həyatında yeni bir səhifə açacaq, regionda möhkəmlənən sülh mühiti tərəqqi və inkişafla bağlı bütün planlarımızı vaxtında və müvəffəqiyyətlə həyata keçirməyimizə imkan yaradacaq”.

Seymur ƏLİYEV

 

Seçilən
17
1
moderator.az

2Mənbələr