AZ

"Qarabağ" – "Nyukasl" matçının biletləri bu tarixdə satışa çıxarılır

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qarabağ" klubundan məlumat verilib.

Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür:

"Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

"Cebheinfo.az"

Seçilən
19
9
cebheinfo.az

10Mənbələr