AZ

Kurt Cobain qətlə yetirilib?

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikalı pop musiqiçisi, "Nirvana" qrupunun solisti Kurt Cobainin intiharı illər sonra yenidən gündəmə gəlib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, 5 aprel 1994-cü ildə intihar etdiyi bildirilən Cobainin öldürüldüyü iddia olunub. 

Belə ki, araşdırmada Cobainin əvvəlcə həddindən artıq dozada heroinlə təsirsiz hala salındığı, daha sonra isə başından vurulduğu və hadisənin intihar kimi səhnələşdirildiyi  qeyd olunub. 

Rəsmi qurumlar isə mövqelərinin dəyişmədiyini bildirib. Məhkəmə-Tibbi Ekspertiza Ofisi və Seattle Polisi ölümün intihar kimi qeydə alındığını və istintaqın yenidən açılmayacağını bildirib. 

Ayxanım Məlikova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
unikal.az

2Mənbələr