Müğənni Şakira bahalı əmlakını satışa çıxarıb.
Far.Az xəbər verir ki, ifaçı Baham adalarında yerləşən "Bonds Cay" adlı kiçik adasını 30 milyon dollara satır.
Müğənni bu adanı 2006-cı ildə 16 milyon dollara satın alıb. Hazırda isə dəyəri 30 milyon dollar olan ada yerləşmə yeri və bəzi xüsusiyyətləri ilə dünya mediasında gündəm olub.