ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt belə deyib. “Nazir Lutnik prezident Trampın komandasının çox vacib üzvü olaraq qalır və prezident naziri tam dəstəkləyir”, - xanım Livitt jurnalsitlərə açıqlamasında bildirib. Qeyd edək ki, bu gün Hovard Lutnik Senatda keçirilən dinləmələrdə 2012-ci ildə Ceffri Epşteynin şəxsi adasına getdiyini təsdiqləyib. - Həyat yoldaşım, dörd uşağım, onların dayələri və başqa bir cütlük uşaqları ilə birlikdə bir saat orada nahar etmişik. Səfər zamanı heç bir xoşagəlməz hərəkət baş verməyib və mən ailələ birlikdə adadan getmişəm. Epsteynlə yaxın münasibətim olmayıb, 14 il ərzində yalnız üç dəfə şəxsən görüşmüşəm”, - amerikalı nazir vurğulayıb. 
FTB: “Epşteyn işində sübutlar azdır”
Onun istefası tələbini irəli sürən hər iki partiyadan olan amerikalı qanunvericilər naziri Konqresə və ictimaiyyətə yalan danışmaqda ittiham ediblər. Onlar bundan əvəvl Hovard Lutnikin 2005-ci ildə Ceffri Epsteynlə bütün əlaqəni kəsdiyini iddia etdiyini diqqətə çatdırıblar.
Lakin Eptteyn işi ilə bağlı dərc olunmuş sənədlərə görə, Lutnik ən azı 2018-ci ilə qədər maliyyəçi ilə əlaqə saxlayıb. Xatırladaq ki, yanvarın 30-da ABŞ-nin Ədliyyə Nazirliyi Epsteyn işi ilə bağlı geniş məxfi arxivin açılması prosesini yekunlaşdırıb. 3 milyon səhifədən çox sənəd, 2000-dən çox video çəkiliş və 180 min fotoşəkil yayımlanıb. Materiallarda onlarla tanınmış siyasətçi, kral ailəsinin üzvləri, iş adamları və diplomatların adı çəkilir. Maliyyəçinin tanışları arasında ABŞ-nin 42-ci prezidenti Bill Klinton və hazırkı lideri Donald Tramp da var. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.