AZ

Niftalı Qasımov işdən çıxarıldı – FOTO

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

NOCOMMENT.az-ın məlumatına görə, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.

O, uzun illərdir icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007–2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib. (İqtisadiyyat.az)

Seçilən
130
16
nocomment.az

10Mənbələr