ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Polis rəisi: “Ölkədəki ekstremist təhlükə getdikcə fərdiləşdirilir”
Avstraliyanın hüquq-mühafizə orqanları gənclərin radikallaşmasını və onlayn təbliğatın təsiri altında olan ekstremistlərdən gələn təhdidlərin artmasını qeydə alıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avstiya Federal Polis rəisi Krissi Barrett parlament dinləməsində deyib.
Onun sözlərinə görə, Avstraliya kəşfiyyat orqanları getdikcə "mütəşəkkil ekstremist strukturlarla əlaqəsi olmayan və təkbaşına fəaliyyət göstərən" şəxslərdən gələn təhdidləri müəyyən edir.
"Onlar tez-tez tərəfdaş axtarmırlar, cinayət törətmək üçün əlbirlərə və ya həmfikir şəxslərdən ibarət bir qrupa ehtiyac duymurlar", - deyə o bu cür şəxslərin şəxsi şikayətlər və ədalətsizlik hissi ilə idarə olunduğunu və onların baxışlarının internetdəki ekstremist məzmunun təsiri altında "tez bir zamanda radikallaşdığını" vurğulayıb.
Polis rəisi yetkinlik yaşına çatmayanların ekstremist fəaliyyətə cəlb olunmasının xüsusi narahatlıq doğurduğunu deyib. Bildirib ki, təkcə son beş ildə polis 26 gənci terrorizmlə əlaqəli cinayətlərdə ittiham edib.
Hüquq-mühafizə orqanları ölkədə terror aktı törətmə ehtimalı yüksək olan şəxslər kimi rəsmi olaraq tanınan yetkinlik yaşına çatmayanların tezliklə peyda ola biləcəyini proqnozlaşdırır.
Barrett həmçinin qeyd edib ki, ölkədəki ekstremist təhlükə getdikcə fərdiləşdirilir və əsasən ənənəvi iyerarxik strukturlarla deyil, rəqəmsal mühit və ideoloji radikalizmlə əlaqələndirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.