AFFA "Turan Tovuz" klubunu ümumilikdə 12500 manat cərimələyib.
Publika.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.
Azərbaycan Kubokunda 1/4 finalın "Kəpəz"lə ilk görüşünün 41-ci dəqiqəsində Tovuz komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb və klub 2500 manat cərimə edilib.
Görüşün 64-cü dəqiqəsində "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq diskvalifikasiya edilib, "Turan Tovuz" 10000 manat cərimələnib.