AZ

İcra hakimiyyətlərində bəzi şəxslər üç vəzifəni icra edəcəklər ÖZƏL

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda icra hakimiyyətlərində aparılan struktur dəyişikliklərindən sonra baş memarların yeni vəzifələri müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.

Dəyişikliklərə əsasən, baş memar bundan sonra həm Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, həm də Memarlıq-tikinti məsələləri sektorunun müdiri vəzifələrini eyni zamanda icra edəcək.

Qeyd edək ki, əvvəllər baş memar paytaxtın rayon icra hakimiyyətlərində ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin, regionlarda isə Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini icra edirdi.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
oxu.az

3Mənbələr