AZ

Fransada dəhşət: 79 yaşlı müəllim...

Fransada 55 il ərzində təxminən 10 ölkədə 89 uşağa qarşı cinsi istismarda ittiham olunan 79 yaşlı təhsil işçisi həbs edilib.

"Cebheinfo.az" xəbər verir ki, milli mətbuatda yayılan xəbərlərə görə, Fransanın İzer vilayətində yaşayan Jak Lövöql 1967–2022-ci illər arasında Fransa da daxil olmaqla, təhsil fəaliyyəti göstərdiyi 10-a yaxın ölkədə yaşları 13 ilə 17 arasında dəyişən 89 uşağa qarşı cinsi istismarda ittiham olunur.

Qrenobl Prokurorluğu 79 yaşlı şübhəlinin həbs edildiyini açıqlayıb və onun fəaliyyəti barədə məlumatı olan və ya cinayətlərdən zərər çəkən şəxsləri şahidlik etməyə çağırıb.

Prokurorluq bildirib ki, istintaq 2023-cü ildə şübhəliyə məxsus həssas məzmunlu USB-nin (İngiliscə “Universal Serial Bus”) yaxın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilməsindən sonra başlanıb.

Açıqlamaya görə, həmin USB-də şübhəlinin 10-a yaxın ölkədə müxtəlif yaş qrupundan olan 89 uşağa qarşı cinsi istismar törətdiyinə dair qeydlər yer alıb. Lakin qeydlərdə uşaqların real adlarının göstərilməməsi onların kimliyinin müəyyən edilməsini çətinləşdirir. 

Bu günə qədər siyahıda adı olan uşaqlardan yalnız 40-nın şəxsiyyəti müəyyən edilib.Şübhəlinin istismar etdiyi uşaqların böyük əksəriyyəti Fransada yaşayıb. 

Zərərçəkənlər arasında Mərakeş, Niger, Almaniya, Əlcəzair, Hindistan və Kolumbiyadan olan uşaqların da olduğu bildirilir.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr