AZ

Çin neyroşəbəkəsinin gizli təhdidi

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Estoniya kəşfiyyatının məlumatına görə, bu məqsədə çatmaq üçün istifadə edilən vasitələrdən biri də sürətlə bütün dünyaya yayılan Çinin “DeepSeek” Sİ sistemidir. “Estoniyanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi zamanı ‘DeepSeek’ əsas məlumatları gizlədir və cavablarına Çin təbliğatını əlavə edir”, – xəbərdə deyilir. Qərbdə çoxları hesab edir ki, “DeepSeek”in təhrifləri Tibet, insan haqları, Tayvan, Tyananmen meydanındakı etirazlar və uyğurlar kimi məsələlərlə məhdudlaşır. Bununla belə, reallıq daha mürəkkəbdir. - Estoniya ilə bağlı mövzuları təhlil edərkən aydın bir alqoritmik nümunə ortaya çıxır: uzaq tarixi keçmişə aid suallara ‘DeepSeek’in cavabları neytraldır. Lakin müasir dövrə yaxınlaşdıqca cavablar getdikcə daha ideoloji, yayındırıcı və qeyri-şəffaf olur”, – Estoniya kəşfiyyatı vurğulayır. Məsələn, Estoniya Xarici İşlər Nazirliyinin Çini nə vaxtsa tənqid edib-etmədiyini soruşsanız, “DeepSeek” qarşılıqlı faydalı ikitərəfli əlaqələr haqqında diplomatik, cilalanmış bəyanat verəcək. Heç bir tənqid qeyd olunmur. Lakin Qərbin Sİ sistemləri son illərdən konkret misallar gətirir. “DeepSeek”in senzuraya məruz qalan informasiya məkanı təhlükə yaradır. Risklər Çinlə bağlı həssas daxili məsələlərdən qaçmaq çərçivəsindən də kənara çıxır: bunlara həmçinin Estoniyanın təhlükəsizliyi üçün kritik olan məlumatların yatırılması və rəsmi Çin təbliğatının təşviqi də daxildir. Birlikdə götürüldükdə, bu nəticələr göstərir ki, Pekin Qərbin informasiya məkanına Çinin formalaşdırdığı təhrif olunmuş dünyagörüşünü yeritməyə çalışır. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
azvision.az

1Mənbələr