AZ

Həsən Seyidov: Ötən il NMR Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi məktəbləri 26 adda musiqi aləti ilə təmin olunub

Bakı, 11 fevral, AZƏRTAC

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqları və incəsənət təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətimizin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini icra edən Həsən Seyidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, 2025-ci ildə NMR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatr və konsert müəssisələri, uşaq musiqi məktəbləri 26 adda musiqi aləti ilə təminatı həyata keçirilib.

Bundan əlavə, il ərzində muxtar respublikadakı muzeylərin fondu yeni eksponatlarla zənginləşdirilib.

Həsən Seyidov, həmçinin "Konstitusiya və Suverenlik İli", həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi və digər əlamətdar tarix və hadisələrlə bağlı müxtəlif səpkili tədbirlərin, layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Seçilən
46
1
azertag.az

2Mənbələr