AZ

Peskov İrəvanı HƏDƏLƏDİ

Rusiya, Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində inteqrasiya layihələrini davam etdirərək Ermənistanla əməkdaşlığı genişləndirməyə ümid edir. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, ABŞ vitse-prezidenti J.D. Vensin Cənubi Qafqaza səfəri və birgə layihələr planları ilə bağlı jurnalistlərin sualını cavablandırarkən qeyd edib ki, Moskva Ermənistanla inteqrasiya layihələrini önəmli hesab edir və AİB-in ölkədə iqtisadi inkişafın yüksək templərinin qorunmasında mühüm rol oynadığını vurğulayıb.

Peskov həmçinin bildirib ki, Ermənistan-ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq köhnə sovet qurğularına əsaslanır və bu sahədə Rusiyanın səriştəsi daha yüksəkdir. Kremlin sözçüsü qeyd edib:

“Rusiya uzun illər ərzində daha aşağı qiymətə, daha yüksək keyfiyyətlə enerji təmin edə bilər və beynəlxalq rəqabətə tam hazırdır.”

Beləliklə, Moskva Ermənistan üçün ABŞ-la həyata keçirilən nüvə enerjisi layihələrinə alternativ kimi öz texnologiya və imkanlarını təqdim etməyə hazırdır.

Seçilən
17
veteninfo.az

1Mənbələr