AZ

BOKT “KREDEX”in ünvanının dəyişməsi ilə əlaqədar lisenziyası yenilənib

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Mərkəzi Bankı, Bank Olmayan Kredit Təşkilatı “KREDEX” Qapalı Səhmdar Cəmiyyətinə "ünvanının dəyişməsi ilə əlaqədar" 12 may 2025-ci il tarixli lisenziyanın əvəzinə, 05 fevral 2026-cı il tarixli BKT-19 saylı lisenziya təqdim edib.  

Bu barədə Marja.az BOKT “KREDEX” QSC-yə istinadən xəbər verir.

"Bu lisenziya Bank Olmayan Kredit Təşkilatı “KREDEX” Qapalı Səhmdar Cəmiyyətinə kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verir", -  BOKT-dan bildirilib.

Kredit təşkilatının hüquqi ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək pr., ev 154-dür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
marja.az

2Mənbələr