AZ

Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ziyalılar və media nümayəndələri yubilyara ehtiramlarını bildirdi

Fevralın 11-də “Borçalı Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində tanınmış politoloq, yazıçı-publisist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak etdilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi və gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov çıxış edərək Elşad Həsənovla məktəb yoldaşı olduğunu bildirdi. Onun hər zaman el-obanın ağsaqqallarına və gənclərə hörmətlə yanaşdığını vurğuladı.

Akademik Muxtar İmanov siyasi jurnalistikanın çətin və məsuliyyətli sahə olduğunu qeyd etdi. Elşad Həsənovun bu istiqamətdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

Azərbaycanın Polşadakı sabiq səfiri, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənov yubilyarın dostluqda sadiqliyindən danışdı. Hərbi xidmət illərində qarşılaşdıqları çətinliklər və Elşad Həsənovun bu sınaqlardan ləyaqətlə çıxdığını söylədi.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru və BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov da çıxış edənlər sırasında oldu. Professor Xaqani Qayıblı, tənqidçi və publisist Əsəd Cahangir, hüquqşünas Aslan İsmayılov, şairə Səadət Buta, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, rejissor İftixar Piriyev də tədbirdə çıxış etdilər.

Şair Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yusif Nəğməkar, filologiya elmləri doktoru Abid Tahirli, yazıçı-publisist Azər Hacıbəyli, Ramiz Göyüşlü və aşıq Ramin Qarayev də yubilyar haqqında fikirlərini bölüşdülər. Çıxışlarda Elşad Həsənovun ictimai-siyasi fəaliyyəti, publisistik yaradıcılığı, vətənpərvər mövqeyi və insani keyfiyyətləri xüsusi vurğulandı.

Əsəd Cahangir və digər çıxış edənlər Elşad Həsənovun mərhum Xalq şairi Zəlimxan Yaquba olan sevgisi və ehtiramından danışdılar. Şairlər yubilyara həsr etdikləri şeirləri səsləndirdilər. 

Aşıq Ramin Qarayev sazda aşıq mahnısı səsləndirdi.

Elşad Həsənovun həyat yoldaşı Sevil Həsənova da çıxış etdi. Qardaşı Musa Həsənov və iş adamı Salman Murğuzlu da öz fikirlərini bölüşdülər.

Elşad Həsənov çıxışında yubiley tədbirinin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

Tədbirin sonunda yubilyara “Borçalı Cəmiyyəti” İB-nin mükafatı və hədiyyələri təqdim olundu. Xatirə fotosu ilə tədbir sona çatdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sherg.az

1Mənbələr