AZ

AMB-dən “AFB Bank”a 60 minlik cərimə – Qanun pozuntuları üzə çıxdı!

Ötən il mövcud tələbləri pozduğuna görə “AFB Bank”ın vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən inzibati məsuliyyətə cəlb olunub və cərimə tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, ilk olaraq ötən ilin fevral ayında AMB “AFB Bank”a icrası məcburi sərəncam verib.

Bank tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilməməsi halı müəyyən olunub.

Mərkəzi Bank tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq “AFB Bank”a gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Sentyabr ayında isə “AFB Bank” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən “AFB Bank” ASC 50 000 manat məbləğində, “AFB Bank” ASC-nin vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib. (İqtisadiyyat.az)

Seçilən
31
1
nocomment.az

2Mənbələr