AZ

Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

BAKI,TurkicWorld

2015-ci ildən, BMT nin qərarı ilə 11 fevral Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı günü kimi qeyd olunur. Elmdə gender bərabərliyinə diqqət çəkmək, qadın alimlərin nailiyyətlərini işıqlandırmaq və qızların elmə marağını gücləndirmək üçün bütün dünya məhz bu gün həmrəydir. Sözsüz ki, elmdə zərif cinsin nümayəndələrinin iştirakı cəmiyyələrin davamlı inkişafı üçün vacibdir. Bu bizim üçün də belədir.

TurkicWorld QHT.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Mətanət Ağamirli bildirib.

Onun sözlərinə görə, ölkəmizdə qadınlar elm və təhsil sahəsində fəal iştirak edir, elmi-tədqiqat institutlarında, universitetlərdə və innovasiya platformalarında uğurla təmsil olunurlar.

"Elm bərabərliklə güclənir və elm ağlın çırağı sayılrısa gələcək daha işıqlı olur. Həm də qızların elmdə yolu açıldıqca... Hacı Zeynalabdin Tağıyev dediyi kimi: "Bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanırsınız"- deyə o bildirib.

Seçilən
10
1
turkic.world

2Mənbələr