Kuba bir aydır xaricdən neft almır və yanacaq ehtiyatları demək olar ki, tükənib; nəticədə elektrik kəsintiləri artıb, ictimai nəqliyyat məhdudlaşıb və gündəlik həyat iflic olub.
QHT.az xəbər verir ki, turizm sektoru ciddi zərbə alıb, bəzi otellər bağlanıb, aviaşirkətlər isə yanacaq çatışmazlığı səbəbilə uçuşları azaldıb. Donald Tramp Kubaya neft göndərən ölkələrə sanksiya və rüsumlarla hədələyib, bu isə böhranı daha da dərinləşdirib. Rəsmi Havana bunu “şantaj” adlandırır, bir sıra ölkələr və beynəlxalq qurumlar humanitar risk barədə xəbərdarlıq edir. ABŞ isə vəziyyəti “qısamüddətli tədarük dəyişikliyi” kimi qiymətləndirərək məhdud humanitar yardım ayırdığını açıqlayıb. Onsuz da ağır iqtisadi böhran yaşayan ölkədə blokada ərzaq qıtlığı və yoxsulluğu daha da kəskinləşdirib.