AZ

İndoneziyada təyyarəyə silahlı hücum: Pilotlar öldürüldü

İndoneziyada təyyarəyə silahlı hücum: Pilotlar öldürüldü

İndoneziyanın Cənubi Papua əyalətindəki hava limanlarından birinə eniş edən kiçik təyyarəyə atəş açılması nəticəsində iki pilot həyatını itirib.

"Antara News" agentliyinin məlumatına görə, rəsmilər Tanah Merahdan havalanan "Cessna Grand Caravan" tipli kiçik təyyarənin əyalətin Boven Diqol bölgəsindəki hava limanına enişi zamanı silahlı hücuma məruz qaldığını açıqlayıblar.

Hücumda iki pilotun öldüyünü bildirən səlahiyyətlilər təyyarədəki 13 sərnişinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu ifadə ediblər. Hazırda hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunub.

Seçilən
18
afn.az

1Mənbələr