AZ

Oğlum müğənni qız alsa, özümü öldürərəm

Xanəndə Kəmalə Nəsibova "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Publika.az xəbər verir ki, sənətçi açıqlamasında bildirib ki, həyatında müğənni qızı oğluna gəlin etmək istəməz:

"İstərdim ki, gəlinim evdə otursun, yemək bişirsin, uşaqlara baxsın, onların tərbiyəsi ilə məşğul olsun. Gecə saat 3-də toydan gəlməsini istəmərəm. Elə toylar var... Lap Xalq artisti olsun, toya getməsə də, səfərə, konsertə gedir, evdə tapılmır".

Nəsibova əlavə edib ki, oğlu onun tərbiyəsi ilə böyüyüb və bu məsələdə anasının sözündən çıxmaz:

"Bilir ki, müğənni xanım istəsə, özümü öldürərəm. Bu sahədən heç kimlə ailə qurmasını istəmərəm. Kişinin arvadı namuslu-qeyrəti, evində olar, ailəsi ilə məşğul olar".

Seçilən
10
2
publika.az

3Mənbələr