
Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Cavad Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb. Adıçəkilən şəxsə tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimala görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətlə ona xəsarət yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev