AZ

Qar çətinliklər yaradıb

Cənub bölgəsinin bəzi rayonlarına yağan intensiv qar gündəlik həyatı və nəqliyyatın hərəkətini çətinləşdirib. Xüsusilə körpülərdə və açıq ərazilərdə yolların buz bağlaması sürüşmə riskini artırıb, nəticədə bir neçə qəza baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Yeni Ələt-Astara magistralının Cəlilabad rayonuna giriş hissəsində də oxşar vəziyyətdir.

Yağan intensiv qar nəticəsində yol örtüyündə qalın qar qatı formalaşıb və bu da nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirib.

Cəlilabad-Yardımlı yolunun dağlıq hissələrində isə yol bağlanıb. Eləcə də Cəlilabadın 20-ə yaxın kəndində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Yağan qar Ağsu aşırımında da buzlaşmaya səbəb olub. Yolun sərt döngəli, enişli-yoxuşlu əraziləri təhlükəli olaraq qalır. Buzlaşma səbəbindən avtomobillər yoldan çıxaraq aşıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
139
xezerxeber.az

1Mənbələr