AZ

Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji baxışı əks etdirir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞmünasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi,əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində həriki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir. Ötənilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəriçərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə evsahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan vəAzərbaycan arasında sülh sazişi paraflandı, həmçinin BirgəBəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədiimzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu.Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, VaşinqtonZirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq vəuzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu.Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin kontektsində2025-ci ili tarixi il kimi də dəyərləndirir.

Reallıq budur ki, Azərbaycan-ABŞ münasibətləri uzun illərərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlıəməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Bu mühümməqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilkillərində həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsindəAzərbaycan haqqında məlumatsızlıq erməni lobbisinin yalanlarınınhəqiqət kimi qəbuluna yol açdı. 1992-ci ildə ABŞ Konqresinin“Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etməsiiki ölkənin münasibətlərinə mənfi təsir etməyə bilməzdi. 1993-cüildə Azərbaycanın ən çətin günlərində Ümummilli Lider HeydərƏliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonradiqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanı beynəlxalqtəcriddən xilas etmək, həqiqətlərimizin, xüsusilə keçmiş Qarabağmünaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırmaq oldu.Bu gün həmin dövrdə yaradılan möhkəm təməlin Azərbaycanın ədalətəvə beynəlxalq hüquqa söykənən siyasətinə dəstəkdə əhəmiyyətli rolugöz qabağındadır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıVüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı 2001-ci ildə ABŞ-da baş verən terroraktının rəsmi Vaşinqtonun xarici siyasətində dəyişikliyişərtləndirməsindən, rəsmi Vaşinqtonda Azərbaycana qarşı münasibətindəyişməsindən də bəhs edib. Vurğulayıb ki, bu hadisədən sonra ABŞAdministrasiyası 907-ci düzəlişin ədalətsiz qərar olduğunu etirafetməklə yanaşı, onun fəaliyyətinin bir illik dondurması barədəqərar qəbul etdi. Azərbaycan-ABŞ münasibətlərində mərhələ-mərhələbaş verən dəyişikliklər fevralın 10-da ölkəmizdə səfərdə olanAmerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensindövlətimizin başçısı ilə keçirdiyi görüşlərdə də diqqət göstərilənməsələlər sırasında oldu. ABŞ-ın Vitse-prezidenti qeyd etdi ki,əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yolverdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycanamünasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Cey. Di. Vens onuda əlavə etdi ki, biz Prezident Donald Trampın rəhbərliyi ilə bunudüzəltdik. Mətbuata bəyanatında ABŞ Prezidentinin şəxsəndövlətimizin başçısı İlham Əliyevə, eləcə də Azərbaycan xalqına ənsəmimi salamlarını çatdıran Cey. Di. Vens bildirdi ki, bu, ABŞ üçünçox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. ABŞ-ınVitse-prezidenti diqqəti mühüm məqamlara yönəldərək vurğuladı ki,fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn,azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlardünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyükdəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstandaçiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilənyerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətliqoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğatəşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əslmənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik.

ABŞ rəsmisi bu fikirləri ilə Azərbaycanın əməkdaşlıqda nə qədərsəmimi, dövlətlərarası münasibətlərdə əsas faktor olan qarşılıqlıetimad mühitinin qorunmasında və möhkəmləndirilməsində maraqlıolmaqla yanaşı, bunu real addımları ilə təsdiqlədiyini etirafetdi.

Vüqar Rəhimzadə bildirib ki, hər iki ölkənin Prezidentlərininrəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq. Donald TrampınPrezident seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyəqədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlhamƏliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma vəəməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəminyaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadiəməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlarliderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyəyönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Dövlət başçısı İlhamƏliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanıPrezidentlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındaStrateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Stratejiİşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunuimzalamışdılar. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizəsəfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti ilə AmerikaBirləşmiş Ştatları Hökuməti arasında Strateji TərəfdaşlıqXartiyası”nın imzalanma mərasimi keçirildi. Dövlət başçısı İlhamƏliyev mətbuata bəyanatında bildirdi ki, Strateji Tərəfdaşlıqhaqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ayərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəlPrezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıqhaqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılmasıhaqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeniimkanlar yaratdı. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - AmerikaBirləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.

Millət vəkili onu da vurğulayıb ki, ABŞ lideri Donald Tramp hələbirinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığınmöhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşanqarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyəkeçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrinirəli aparılması üçün birgə səylər, xüsusilə enerji vətəhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktiknəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığınıgöstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlarımızarasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yenimərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır. Qarşılıqlısəfərlər, imzalanan sənədlər, müxtəlif tərkibdə heyətləringörüşləri, əməkdaşlığın istiqamətlərinin müzakirəsi gələcəkmünasibətimizin aydın mənzərəsini təqdim edir. İkitərəfli gündəlikzəngindir. Gündəliyə daxil olan məsələlər həm Prezident İlhamƏliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə məhdud və geniştərkibdə görüşlərində, həm də dövlətimizin başçısının fevralın 9-daABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq vəTürkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyinümayəndə heyətini qəbul edərkən geniş müzakirə edildi. Prezidentİlham Əliyev həmin qəbulda Azərbaycanın beynəlxalq əlaqələrinincoğrafiyasının genişlənməsindən, malik olduğu iqtisadi potensialdansəmərəli istifadə edərək dünyanın enerji təhlükəsizliyinin təminolunmasına töhfələrindən, hazırda 16 ölkəyə qaz ixrac etməsindən,iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlardan,hazırda malik olduğu bərpaolunan enerji potensialının yeniəməkdaşlıq formatlarının yaradılmasına yol açmasından geniş bəhsetdi. Bu reallıqlar fonunda vurğulandı ki, əlaqələrimizinhərtərəfli inkişafı üçün böyük potensial var. Prezident İlhamƏliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgəbəyanatında isə bu reallığa diqqəti yönəltdi ki, Tramp-Vensadministrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindənbiri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPPlayihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək,o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisivasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı,təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülhsahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün BirləşmişŞtatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyəqədəm qoyur. İmzalanan Xartiyada əməkdaşlığımızın müxtəlifistiqamətləri əks olunur.

Vüqar Rəhimzadə bildirib ki, ABŞ-ın Vitse-prezidenti də bu inamıifadə etdi ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında tərəfdaşlıqregionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın işadamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmildünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarətaparsınlar. Bu, ABŞ Prezidentinin missiyasının və xaricisiyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə vəbir-birimizlə daha böyük işlər qura bilərik. Biz stratejitərəfdaşlıq sənədini imzaladıq. Bu, tərəfdaşlığı rəsmiləşdirir vəçox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləridayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davamedəcək.

Millət vəkili bu ümumiləşdirməni ifadə edib ki, stratejitərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ əməkdaşlığıbeynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində önəmli roloynayacaq. İki ölkə fəal və səmərəli birgə iş, qarşılıqlı inam vəetimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davametdirəcəklər. İmzalanan Strateji Tərəfdaşlıq XartiyasıAzərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına dair stratejibaxışı əks etdirir.

Məqalədə:
Seçilən
27
7
az.trend.az

8Mənbələr