AZ

Azərbaycan IT sahəsindəki ixracı bir milyard dollara çatdıra bilər - Nazir

Bakı. Trend:

Azərbaycan IT sahəsindəki ixracı bir milyard dollara çatdırabilər.

Trend xəbər verirki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahidfəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

"Nəhayət, innovasiya ekosistemi artıq məruzə etdiyim kimi,fokuslanandan sonra bizim əsas məqsədimiz bütün bu həllərin busahədə yaranan əlavə dəyərin maksimum səviyyəyə çatdırılmasıdır. Busahədə artıq 2022-ci ildə Sizin və Mehriban xanımın birbaşamüdaxiləniz və nəzarətinizlə 2022-ci ildə IT sahəsində çalışanşirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericiliknorması qəbul edilmişdir və bunun nəticəsi olaraq bu gün texnoparkrezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatmışdır. Onlardan10-u xarici şirkətdir və bu sahədə onlar tərəfindən yaradılan gəlirtəxminən bir milyard manat çərçivəsindədir və biz hesab edirik ki,bu, bizim ölkəmizin potensialını əks etdirmir", - deyə obildirib.

Nazir bildirib ki, əsas göstərici bu sahədəki ixracrəqəmidir.

"Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planındaəksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonubir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik",deyə R.Nəbiyev əlavə edib.

Məqalədə:
Seçilən
22
6
az.trend.az

7Mənbələr