Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında şəhər ərazisində baş verib.
Qəza zamanı 38 yaşlı Xədicə Kərimova aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Toqquşmadan sonra minik avtomobili aşıb.
Şamaxıda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Niva" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır xəsarətlər alıb və ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.