AZ

Ərdoğan Mitsotakislə görüşdü – 7 sənəd imzalandı


Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edib.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş nazirini qəbul edib.
İkitərəfli görüşdən sonra Ərdoğan və Mitsotakis 6-cı Türk-Yunan Əməkdaşlıq Ali Şurasına sədrlik ediblər.
Daha sonra Türkiyə və Yunanıstan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair yeddi sənəd imzalanıb. İmzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib.
Sənədlərin altısı hər iki ölkənin nazirləri, biri isə (Türkiyə ilə Yunanıstan hökumətləri arasında ortaq bəyannamə) Ərdoğan və Kiriakos tərəfindən imzalanıb.
Ərdoğan bu sənədlərin ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəyini bildirib.
İmzalanma mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Mitsotakis 6-cı Türkiyə-Yunanıstan Ali Əməkdaşlıq Şurasının son iclası çərçivəsində birgə mətbuat konfransında çıxış ediblər.
“Mitsotakislə söhbətimizdə Egey və Şərqi Aralıq dənizi ilə bağlı mövqelərimizi bir daha açıq və səmimi şəkildə müzakirə etdik. Egey və Aralıq dənizi bölgələrindəki problemlərimiz ümidsiz deyil. İki NATO üzvü və qonşu ölkə olaraq dialoq kanallarını açıq saxlamalıyıq”, - Ərdoğan bildirib.
Mitsotakis isə görüşü münasibətlərin gələcəyi üçün mühüm fürsət kimi qiymətləndirib və Kipr məsələsinin gündəmin əsas mövzularından biri olduğunu bildirib. Yunanıstanın Baş naziri qeyd edib ki, Afinanın bu məsələdəki mövqeyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.
Seçilən
27
6
yeniavaz.com

10Mənbələr