AZ

Malayziya Səfirliyində Azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Malayziya və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addım atılıb.

TurkicWorld xəbər verir ki, 22 yanvar 2026-cı il tarixində Malayziyanın Azərbaycandakı Səfirliyində Universiti Teknologi Petronas (UTP) və Lingva Tədris Mərkəzinin nümayəndələri arasında işgüzar görüş keçirilib.

Görüşün əsas məqsədi azərbaycanlı tələbələrin Malayziyanın dünya səviyyəli ali təhsil ekosisteminə çıxışını təmin edəcək strateji əməkdaşlıq yollarını araşdırmaq olub. Müzakirələr zamanı UTP-nin beynəlxalq səviyyədə tanınmış mühəndislik proqramlarına xüsusi diqqət yetirilib.

Görüşdə həmçinin akademik hazırlıq, dil təlimləri və tələbə mobilliyi çərçivələri ətrafında fikir mübadiləsi aparılıb. Bu əməkdaşlığın iki ölkə arasında təhsil əlaqələrini möhkəmləndirəcəyi və azərbaycanlı gənclər üçün Malayziyada yüksək keyfiyyətli təhsil imkanlarını daha əlçatan edəcəyi gözlənilir.

Seçilən
19
turkic.world

1Mənbələr