AZ

HƏMAS-ın snayper komandiri öldürülüb

İsrail Müdafiə Qüvvələri (İMQ) və “Şin Bet” Təhlükəsizlik Xidmətinin (Şin Bet) məlumatına görə, İsrail HƏMAS-ın snayper komandirini öldürüb.

Birgə bəyanatda Əhməd Həsənin bu həftənin əvvəlində atəşkəs razılaşmasının kobud şəkildə pozulmasına cavab olaraq zərərsizləşdirildiyi vurğulanıb. Hadisə Qəzza zolağının şimalında baş verib. “Əhməd Həsən Beyt Hanundakı HƏMAS batalyonunun snayper bölməsinin rəhbəri idi və bu yaxınlarda İMQ əsgərlərinə qarşı əlavə terror hücumları planları hazırlamaq üçün çalışan biri kimi müəyyən edilib.

Terrorçu 7 iyul 2025-ci ildə baş çavuşlar Binyamin Asulin, Noam Aharon Musgadian, Meir Şimon Amar və Moşe Şmuel Noll, eləcə də çavuş Moşe Nissim Freçin ölümünə səbəb olan hücuma rəhbərlik edib.”, – IDF və “Şin Bet” sözçüləri bildiriblər.
Bundan əlavə, bəyanatda terrorçunun 19 və 24 aprel 2025-ci il tarixlərində baş verən terror hücumlarının hazırlanmasında iştirak etdiyi qeyd olunur. “IDF Qəzza zolağında terror təşkilatlarının IDF qüvvələrinə və İsrail dövlətinə qarşı terror hücumları həyata keçirmək cəhdlərinə qarşı çıxmağa davam edəcək.” – IDF sözçüsünün ofisi xəbər verir.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr