AZ

ABŞ nin energetika naziri Venesuelaya səfər edib

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin energetika naziri Kris Rayt ölkənin neft sənayesinin vəziyyətini qiymətləndirmək üçün Venesuelaya səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Raytın Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqeslə, hökumət rəsmiləri, neft şirkətlərinin rəhbərləri və digər şəxslərlə görüşəcəyi gözlənilir", - bildirilib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Venesuelaya mal və xidmətlərin tədarükünə, eləcə də neft və qaz hasilatı ilə bağlı müəyyən əməliyyatlara icazə verən əsas lisenziyalar təqdim edib. Lisenziya ABŞ şirkətlərinə Venesuelada neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğul olmağa imkan verir.

Ötən ay ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin neft şirkətləri Venesuelaya qayıtmağa və neft sektorunun bərpasına milyardlarla dollar sərmayə qoymağa hazırdır. Yanvarın 9-da Tramp bu perspektivləri müzakirə etmək üçün ölkənin ən böyük enerji şirkətlərinin rəhbərləri ilə görüşüb. Həmçinin qeyd olunub ki, yanvarın 14-də Trampla Rodriqes arasında telefon danışığı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
4
hurriyyet.az

5Mənbələr