AZ

Vaşinqton İran ətrafına əlavə hərbi qüvvələr toplayır

Vaşinqton İran ətrafına əlavə hərbi qüvvələr toplayır

Birləşmiş Ştatlar İrana ətrafına əlavə hərbi qüvvələr göndərir.

AFN.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox News" telekanalına verdiyi müsahibədə deyib. Nazir bu addımın Prezident Donald Tramp və Müdafiə naziri Pit Heqsetin göstərişi ilə atıldığını vurğulayıb.

Bessentin sözlərinə görə, Vaşinqton hesab edir ki, 2025-ci ilin yayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra Tehranla daha əlverişli şərtlərlə yeni saziş bağlamaq imkanı yaranıb. O qeyd edib ki, İran tərəfi həm maliyyə bazarlarında, həm də hərbi sahədə yalnız "kobud güc" dilini anlayır.

Pentaqon artıq ikinci aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndərilməsi üçün hazırlıqlara başlayıb. Bu qrup hazırda bölgədə olan "USS Abraham Lincoln" aviadaşıyıcısına qoşulacaq. Yanvarın sonlarında ABŞ rəhbərliyi İrana tərəf "nəhəng armada"nın hərəkət etdiyini bildirərək, Tehranı nüvə silahından tam imtina etməyi nəzərdə tutan "ədalətli və bərabərhüquqlu" saziş imzalamağa çağırmışdı. Ağ Ev rəsmiləri xəbərdarlıq ediblər ki, əgər danışıqlarda irəliləyiş olmasa, "növbəti hücum daha dağıdıcı olacaq".

Seçilən
33
afn.az

1Mənbələr