AZ

"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"

style='margin-bottom:10px;'>

Fransa millisinin sabiq üzvü, hazırda “Monako”da çıxış edən Pol Poqbanın qardaşı Matiyas Poqba futbolçunun dopinq səbəbindən aldığı diskvalifikasiyadan sonra peşəkar futbola dönüşü barədə danışıb.

QOL.az xəbər verir ki, o, RMC Sport-a açıqlamasında qardaşının əvvəlki formasını bərpa etməsinin vaxt tələb etdiyini bildirib.

“Bu, təkcə onun üçün yox, bütün ailə üçün məyusedicidir. Ona dedim ki, dərhal 100 faiz hazır vəziyyətə qayıtmaq mümkün deyil. Dönüşündən daha artığını gözləyirdik, amma reallıq budur. Orqanizm belə yüklənmə və intensivliyə öyrəşməyib, biz robot deyilik. Futbola qayıdanda bunu mərhələli şəkildə etmək lazımdır. Əks halda bədən siqnallar göndərir. Polun başına gələn də məhz budur.

Biz səbirliyik. Pol da ən yaxşı formasına qayıtmaq üçün səbirli olmalıdır. O, çalışır, amma ən çətini psixoloji tərəfidir. İnsanların gözləntiləri böyükdür. Həvəslə qayıdırsan, amma yenidən zərbə alırsan. Daim bərpa üzərində işləmək lazımdır. Meydana qayıtmaq istəyi var, amma orqanizm tələsməməyi deyir. Biz həmişə günbəgün irəliləmişik”, – deyə Matiyas Poqba vurğulayıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr