AZ

ABŞ İran yaxınlığında əlavə hərbi qüvvələr toplayır

ABŞ İrana əlavə hərbi qüvvələr göndərir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent məlumat verib.

"Prezident (ABŞ Donald Tramp – Qeyd) və nazir Heqset (ABŞ-ın müdafiə naziri Pit Heqset – Qeyd) İrana əlavə hərbi qüvvələr və resurslar göndərirlər", -maliyyə naziri "Fox News"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti hesab edir ki, Amerikanın İranın nüvə obyektlərinə zərbələrindən sonra Vaşinqton Tehranla daha sərfəli bir razılaşma bağlaya bilər, lakin bu məsələ ilə bağlı qərar İran hakimiyyətinin ixtiyarındadır.

O həmçinin iddia edib ki, İran yalnız "maliyyə bazarlarında və ya hərbi sahədə kobud gücü" başa düşür.

"The Wall Street Journal" qəzeti bildirib ki, Pentaqon ikinci aviadaşıyıcı qrupuna Yaxın Şərqə yerləşdirilməyə hazırlaşmaq əmri verib.

Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün İran və ABŞ arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında baş tutub.


Telegram kanalımız
Seçilən
38
2
yenisabah.az

3Mənbələr