40 yaşlı Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirən futbolçular siyahısında Qaret Berrinin rekordunu təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 653-cü matçına çıxaraq tarixi göstəriciyə imza atıb.

Milnerin Premyer Liqadakı statistikası:

  • 653 oyun (davam edir)

  • 56 qol

  • 90 məhsuldar ötürmə

Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçular:

  1. Ceyms Milner – 653*

  2. Qaret Berri – 653

  3. Rayan Giqqs – 633

  4. Frenk Lempard – 609

  5. Devid Ceyms – 572

  6. Mark Şvarzer – 544

  7. Qari Spid – 535

  8. Emil Heski – 516

  9. Ceymi Karrager – 508

  10. Fil Nevill – 505


Milner növbəti matçlarda meydana çıxarsa, Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçu kimi təkbaşına rekordun yeni sahibi olacaq.