AZ

Bu hal 3 gündən artıq davam edərsə...

Virus infeksiyası zamanı ilk növbədə uşağa rahat və sakit istirahət şəraiti yaradılmalıdır.

Publika.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova açıqlayıb.

Onun sözlərinə görə uşaq kifayət qədər yatmalı, fiziki və zehni yüklənmədən uzaq saxlanılmalıdır:

“Otağın havası təmiz olmalı, gündə bir neçə dəfə havalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox maye itirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez, az miqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur. Ana südü alan körpələrdə ana südü mütləq davam etdirilməlidir”.

Pediatr qeyd edib ki, yüngül və asan həzm olunan qidalar seçilməlidir.

Seçilən
4
4
publika.az

5Mənbələr