AZ

Satışlar gerilədi: Heineken ixtisara gedir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Niderlandın "Heineken" pivə şirkəti növbəti iki il ərzində işçi qüvvəsinin 7%-ni ixtisar edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yeni yayımlanmış hesabatında bildirilir.

Satış həcmi ötən il əvvəlki illə müqayisədə 1.2% azalıb. Halbuki bir il əvvəl 1.6% artım qeydə alınmışdı.

Şirkət məhsuldarlıq artımını sürətləndirmək üçün 2026-2027-ci illərdə 5 000-6 000 nəfəri işdən çıxarmağı planlaşdırır. Hazırda şirkətin dünya üzrə bütün istehsal sahələrində təxminən 85 000 nəfər çalışır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
128
oxu.az

1Mənbələr