AZ

Kıskanmak serialına görə kanal cəzalandırıldı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "NOW" kanalını cəzalandırıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanala "Kıskanmak" serialına görə pul cəzasının ödənməsi tələb olunub.

Buna səbəb isə serialın son üç bölümündə nikahdankənar münasibət və xəyanət mövzularının intensiv şəkildə təqdim olunmasıdır.

Qeyd edək ki, serialda Özgü Namal, Mehmet Günsür və Selahattin Paşalı kimi məşhur aktyorlar rol alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
3
unikal.az

5Mənbələr