AZ

NASA növbəti heyətin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini təsdiqlədi

Bakı. Trend:

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası(NASA) növbəti heyətin fevralın 13-də Beynəlxalq Kosmik Stansiyaya(BKS) göndərilməsi planlarını təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə NASA-nın açıqlamasında bildirilir.

Məlumata görə, “SpaceX” ilə birgə keçirilən Buraxılışa Hazırlıqİcmalı başa çatıb və Florida ştatındakı Kanaveral burnundan uçuşüçün geri sayım başlayıb. Hava şəraitinin 85 faiz əlverişli olduğu,əsas risk amilinin isə toplu buludlar olduğu bildirilir. Uçuş dahaəvvəl iki dəfə təxirə salınmışdı.

Yeni heyətin BKS-də təxminən səkkiz ay fəaliyyət göstərəcəyigözlənilir. Heyət üzvləri hazırda Kennedi Kosmik Mərkəzindəkarantindədirlər və ciddi hazırlıq qrafikinə uyğun fəaliyyətgöstərirlər.

Seçilən
14
9
az.trend.az

10Mənbələr