AZ

Pentaqonun icazəsi şəhərin hava məkanının bağlanmasına səbəb olub

Pentaqon bu həftə ABŞ Gömrük və Sərhəd Mühafizəsinə dron əleyhinə lazerdən istifadə etməyə icazə verib və bu da Federal Aviasiya Administrasiyasının (FAA) çərşənbə günü El-Paso şəhəri üzərindəki hava məkanını qəfil bağlamasına səbəb olub.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə vəziyyətlə tanış olan və detalların həssaslığı səbəbindən anonim qalmaq istəyən iki şəxs məlumat verib.

Hadisələrin qarışıq zənciri FAA-nın ABŞ-Meksika sərhədində şəhər üzərindən bütün uçuşları 10 gün müddətinə dayandıracağı və bəzi sərnişinlərin yolda qalacağı barədə açıqlaması ilə başlayıb. Lakin faktiki bağlanma cəmi bir neçə saat davam edib.

Tramp administrasiyası bildirib ki, tədbir FAA və Pentaqon tərəfindən cənub sərhədi boyunca tez-tez müşahidə edilən Meksika kartel dronlarının müdaxiləsinin qarşısını almaq səyləri ilə əlaqədardır.

Bir mənbəyə görə, lazer Fort-Bliss yaxınlığında FAA-nın təsdiqi olmadan istifadə edilib, bundan sonra agentlik kommersiya aviasiyasının təhlükəsizliyini təmin etmək üçün hava məkanını bağlamaq qərarına gəlib.

Məsələ ilə tanış olan digər şəxslər texnologiyanın Pentaqon və FAA arasında məsələni müzakirə etmək üçün bu ayın sonlarında keçirilməsi planlaşdırılan görüşə baxmayaraq istifadə edildiyini bildiriblər.

Seçilən
52
far.az

1Mənbələr