Türkiyə ilə Ermənistan arasında hava əlaqələrində yeni mərhələ başlayır.
Məlumata əsasən, martın 11-dən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə gündəlik uçuşlar həyata keçiriləcək. Bu qərar iki ölkə arasında normallaşma prosesinin praktiki müstəviyə keçməsi kimi qiymətləndirilir.
Uçuşların sayı mərhələli şəkildə artırılacaq
Aviaşirkətin planına görə:
11 martdan – gündəlik reys
14 maydan – həftədə 10 reys
15 iyundan – həftədə 14 reys
Beləliklə, yay mövsümündən etibarən marşrut üzrə gündə iki uçuşun icrası nəzərdə tutulur. Musavat.com