AZ

Transgender qadın 8 nəfəri qətlə yetirdi

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Kanada polisi 11 fevralda ölkənin qərbində səkkiz nəfərin ölümünə səbəb olan Tumbler Ridge qırğınında şübhəli bilinən şəxsin 18 yaşlı yerli sakin olduğu açıqlanıb.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, polis tərəfindən transgender kimi təsvir edilən bu gənc qadın Ces Van Rutselar orta məktəbdə atəş açaraq 12-13 yaşlı beş uşağı və 39 yaşlı bir müəllimi öldürüb. O, həmçinin anasını və qardaşını evdə güllələyərək öldürüb.

Hakimiyyət orqanlarının məlumatına görə, hadisənin motivi hələlik məlum deyil və onlar keçmişdə psixi sağlamlıq problemləri ilə bağlı şübhəlinin evinə bir neçə dəfə baş çəkdiklərini də bildiriblər.

Polis, əvvəlki gün 9 ölüm hadisəsi elan etdikdən sonra, çərşənbə günü hadisə nəticəsində ölənlərin sayını səkkizə endirib. Təxminən 25 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti hələ də ağırdır.

Hüquq-mühafizə orqanları hadisə yerinə çatdıqdan sonra həmin şəxs onlara atəş açıb. Atəş açan şəxs özünə vurulan güllə yarasından ölü tapılanda tüfəng və tapança daşıyırmış.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr