AZ

Tramp Netanyahuya İRAD BİLDİRİB

ABŞ prezidenti Donald Tramp çərşənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə İranla müzakirələri davam etdirmək istəyində israr edib.

Bakıvaxtı.az "LeParisien.fr"ə istinadən xəbər verir ki, sərt xəttin tərəfdarı olan B.Netanyahu bu danışıqlara ölkəsinin təhlükəsizlik ehtiyaclarının daxil edilməsini müdafiə edib.

Ağ Evdə Amerika prezidenti ilə İsrail lideri arasında görüş iki saatdan çox davam edib. 79 yaşlı respublikaçının hakimiyyətə qayıtmasından bəri iki lider arasında keçirilən bu yeddinci görüş, nisbətən qeyri-adi bir addım olaraq, bağlı qapılar arxasında keçirilib. Və D.Tramp B.Netanyahuya sərt mövqeyinə görə irad bildirib.

ABŞ prezidenti görüşdən sonra "Truth" sosial şəbəkəsində yazıb: "İranla danışıqların davam etdiriləcəyini vurğulamaqdan başqa heç bir yekun qərar verilmədi. Baş nazirə bunun mənim seçimim olacağını bildirdim. Əgər bu mümkün deyilsə, nəticənin necə olacağını görməliyik".

Aydın Baxış

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr