İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Qəzza üzrə Sülh Şurasına qoşulması barədə sənədi imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
İmzalama mərasimi Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilib.
İmzalama Netanyahunun Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl baş tutub.