Bakı. Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri AnarQuliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BolqarıstanRespublikasına işgüzar səfərdədir.
Komitədən Trend-ə verilən məlıumata görə, səfər çərçivəsindəfevralın 11-də Azərbaycan Respublikası Hökuməti ilə BolqarıstanRespublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasındaBolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “ŞuşaParkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqındaSaziş imzalanıb.
Bildirilib ki, sənəd iki ölkə arasında mədəni-humanitarəlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı,“Şuşa” parkının salınması və yenidən qurulması istiqamətindətərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqiəsasını müəyyən edir.